Menyu

BRİCS üzvləri çoxqütblü dünyaya doğru irəliləməyi qərara alıb

BRİCS üzvləri çoxqütblü dünyaya doğru irəliləməyi qərara alıb
1 dəq oxu

Yohannesburqda "BRİKS-in dostları" formatında yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin geniş tərkibdə görüşü keçirilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib.

"BRİCS-in dostları" formatında yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin toplantısının iştirakçıları suveren bərabərlik və etimad prinsipləri əsasında çoxqütblü dünyaya doğru irəliləməyə hazır olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, iştirakçılar suveren bərabərlik, etimad və bölünməz təhlükəsizlik, bütün ölkələrin və xalqların azad və fərqli inkişafı prinsiplərinə əsaslanan çoxqütblü sisteminin formalaşması səylərinə sadiqdirlər.
 

Əlaqəli Xəbərlər