Menyu

Rusiya: "ABŞ "Ukrayna bayrağı altında" kritik infrastrukturlarımıza kiberhücumlar edir"

Rusiya: "ABŞ "Ukrayna bayrağı altında" kritik infrastrukturlarımıza kiberhücumlar edir"

"ABŞ “Ukrayna bayrağı altında” Rusiyanın kritik informasiya infrastrukturuna qarşı kiberhücumlar edir".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Pentaqonun kiberkomandalığı, Milli Təhlükəsizlik Agentliyi və Tallində yerləşən NATO Kooperativ Kibermüdafiə Mərkəzi "Ukrayna bayrağı altında" ölkəmizin kritik informasiya infrastrukturuna informasiya hücumları planlaşdırır və idarə edir”, - deyə diplomat qeyd edib.

“ABŞ xüsusi xidmət orqanları bu cür hücumlar üçün Ukrayna haker qruplarını cəlb edir”, - o, əlavə edib.

Patruşevin sözlərinə görə, haker hücumları Rusiyanın maliyyə infrastrukturuna, nəqliyyat, enerji və telekommunikasiya obyektlərinə, eləcə də sənaye müəssisələri və dövlət xidmətlərinin internet saytlarına yönəlib.

Teqlər:

"Rusiya: \"ABŞ \"Ukrayna bayrağı altında\" kritik infrastrukturlarımıza kiberhücumlar edir\""

Əlaqəli Xəbərlər