Almaniya müdafiə xərclərini artırır
Almaniya müdafiə naziri Boris Pistorius ordunun silah və sursat ehtiyacları üçün növbəti 8 ildə 20 milyard avro sərmayə qoymağı hədəflədiklərini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Pistorius “Spiegel” jurnalına danışıb.
O bildirib ki, ordunun döyüş sursatları ilə təchizatı onun ən yüksək prioritetlərindən biridir.
“Sursatsız ən müasir silah sistemləri hərəkətə hazır olsa belə yararsızdır. Biz 2031-ci ilə qədər silah və sursata 20 milyard avrodan çox sərmayə qoymalıyıq və bunu etmək istəyirik”, - Pistorius deyib.
Media yayılan xəbərlər ordunun 230 min mərmiyə sahib olması lazım olduğu, ancaq bu rəqəmin 20 min civarında olduğunu irəli sürüb.
Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya Ukraynaya sursat göndərən ölkələrdəndir.
Həmçinin, son illərdə Alman ordusu sursat və texnika çatışmazlıqları ilə gündəmə gəlib.