İsrail həkimləri məhkəmə islahatlarına etiraz etmək üçün sabah tətil edəcəklər
Ali Məhkəmənin hakimiyyət üzərində nəzarətini aradan qaldıracaq mübahisəli qanun layihəsinin təsdiqlənməsinə cavab olaraq İsrail həkimləri sabah tətil edəcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, “Ağ xalatlılar” adlı hərəkat "WhatsApp" vasitəsi ilə həkimlərə mesaj göndərib.
"İrqçi hökumət çevriliş edir. Sabah diktaturanın ilk günü tətilə çıxacağıq", - mesajda deyilir.
Qeyd olunub ki, tətilə qoşulacaq xəstəxanaların təcili xidmətlərindən başqa digər xidmətlər müvəqqəti dayandırılacaq.
Qeyd edək ki, İsrail Məclisi dünəndən bəri parlament ətrafında davam edən etirazlara baxmayaraq, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Teqlər:
"İsrail həkimləri məhkəmə islahatlarına etiraz etmək üçün sabah tətil edəcəklər"