Menyu

Sabah Ərdoğan və Mahmud Abbas arasında görüş keçiriləcək

Sabah Ərdoğan və Mahmud Abbas arasında görüş keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Fələstin-İsrail məsələsi kontekstində son hadisələr də müzakirə olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsi məlumat yayıb. 

Məlumata görə, Mahmud Abbas prezident Ərdoğanın dəvəti ilə Ankaraya gəlib.

Ərdoğan və Abbas arasında sabah keçiriləcək görüşlərdə Türkiyə-Fələstin münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək.

Fələstin-İsrail məsələsi kontekstində baş verən son hadisələrlə yanaşı, digər aktual regional və beynəlxalq hadisələrin də danışıqların gündəmində olması gözlənilir.

Teqlər:

"Sabah Ərdoğan Mahmud Abbas arasında görüş keçiriləcək"

Əlaqəli Xəbərlər