Menyu

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb

Pakistanda 25 iyundan bəri davam edən musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 133-ə, yaralıların sayı isə 215-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarəetmə Agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, güclü yağışlar ölkə daxilində həyata mənfi təsir edib.

İyunun 25-dən bu yana ölkədə davam edən musson yağışlarının törətdiyi fəlakət və qəzalarda Pəncabda 65, Xeyber-Paxtunxvada 35, Sinddə 10, Bəlucistanda 6, İslamabadda 11, Azad Kammu Kəşmirdə 5, Gilgit Baltistanda 1 nəfər olmaqla 133 nəfər həyatını itirib.

Ölkənin turizm bölgəsi Gilgit Baltistanda torpaq sürüşmələri və daşqınlar səbəbindən çox sayda insan köməksiz vəziyyətdə qalıb.

Ölkənin ticarət mərkəzi olan Kəraçidə yağan yağışlar daşqınlara səbəb olub. Şəhərin bəzi yerlərində küçələri, evləri və mağazaları su basıb.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.

Teqlər:

"Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb"

Əlaqəli Xəbərlər