http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Balakəndə qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb edilib

25 İyul 2023 , 09:26
Balakəndə qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb edilib

Balakəndə qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub.

Həmçinin, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə eyni gündə keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənara atan, eləcə də şəhərin abadlaşdırma qaydalarını pozan şəxslər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan 218, İXM-nin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı (şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması) maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu