Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya səfər edəcək Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcək.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayib Ərdoğan fələstinli həmkarını Prezident İqamətgahında rəsmi mərasimlə qarşılayacaq.
Qarşılama mərasimindən sonra liderlər arasında təkbətək görüş olacaq. Məlumatda liderlərin daha sonra iki ölkənin nümayəndə heyətləri arasında baş tutacaq görüşlərə sədrlik edəcəyi bildirilib. Görüş zamanı iki ölkə arasında münasibətlər, İsrail-Fələstin münaqişəsi kontekstində son hadisələr, aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq.
Əlavə edək ki, Ərdoğan bir illik fasilədən sonra Fələstin dövlət başçısını qəbul edəcək.