Menyu

Qusarda itkin düşən şəxs meşədə tapılıb

Gozel Həşimova
Qusarda itkin düşən şəxs meşədə tapılıb

Qusarda itkin düşən şəxs tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

Teqlər:

"Qusarda itkin düşən şəxs meşədə tapılıb"

Əlaqəli Xəbərlər