Türkmənistan Transxəzər qaz kəmərinin yaradılmasına heç bir maneə görmür
Gozel Həşimova
Türkmənistan Xəzərin dibi ilə ölkə qazının Avropa İttifaqına tədarükünün nəzərdə tutulduğu Transxəzər qaz kəmərinin tikintisinə mane olan hər hansı bir faktor görmür.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkmənistan əmindir ki, qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə faktoru yoxdur. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir və iqtisadi baxımdan özünü doğruldur.
Eyni zamanda, Transxəzər qaz kəməri Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadirdir. Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, iyun ayında Transxəzər Boru Kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır”, - məlumatda deyilir.
Gözəl Həşimova
Teqlər:
"Türkmənistan Transxəzər qaz kəmərinin yaradılmasına heç bir maneə görmür"