Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbilə minlərlə insan təxliyə edilib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Filippin Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, qasırğanın ölkənin şimal-qərbindəki Caqayan və Batanes bölgələrinə çatması gözlənilir. Bundan əlavə, Filippin hökuməti qasırğa səbəbilə məktəblərdə təhsili üç gün müddətinə dayandırıb.