2023-cü ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib
Redaksiya
2023-cü ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib.
"Operativ Media" xəbər verir ki, Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Qeyd edilib ki, Respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunub, 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Teqlər:
"2023-cü ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib"