Bazar günləri avtomobillərin parklanması üçün ödəniş tələb olunmayacaq
Gozel Həşimova
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
"Operativ Media" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.
Eyni zamanda nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net