"Ukrayna taxılının ixracı üçün bütün dəhlizləri qiymətləndiririk"
Gozel Həşimova
"Avropa İttifaqı (Aİ) Qara dəniz taxıl sazişi dayandırıldıqdan sonra Ukrayna taxılının dünya bazarlarına ixracı üçün bütün dəhlizləri qiymətləndirir".
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyanın sözçüsü Adalbert Jahnz Ukrayna taxılının ixracı ilə bağlı sualları cavablandırarkən bildirib.
"Litvanın üç nazirinin Avropa Komissiyasına göndərdiyi məktubda Baltikyanı ölkələrdəki limanların Ukraynanın taxıl məhsullarının daşınması üçün alternativ və etibarlı yol ola biləcəyi bildirilib. Məktubda Baltikyanı ölkələrin limanlarının ildə 25 milyon ton taxılın bazarlara göndərilməsinə icazə verə biləcəyi qeyd olunub.
Baltik dəhlizi çox vacib bir xəttdir. Biz bunun üzərində də çalışacağıq", - deyə o, vurğulayıb.
Gözəl Həşimova
Teqlər:
"\"Ukrayna taxılının ixracı üçün bütün dəhlizləri qiymətləndiririk\""