http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Çox yüksək yanğın təhlükəsi olan bölgələr - SİYAHI

25 İyul 2023 , 16:32
Çox yüksək yanğın təhlükəsi olan bölgələr - SİYAHI

Bəzi bölgələrdə yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə bu gün yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Daşkəsəndə orta, Gəncə, Naftalan, Tərtər, Ağdamda yüksək, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Oğuz, Qəbələdə orta yanğın təhlükəsi növünə çatıb.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Qrızda kiçik, Xızı, Şahdağ, Qusarda orta, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllı, Şamaxıda orta, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

İyulun 26-sı gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyyatlı olması tövsiyyə olunur..

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu