Menyu

ABŞ: "Rusiya təyyarəsi pilotsuz uçuş aparatımıza təcavüz etdi"

ABŞ: "Rusiya təyyarəsi pilotsuz uçuş aparatımıza təcavüz etdi"
1 dəq oxu

ABŞ ordusu Rusiya döyüş təyyarəsinin Suriya səmasında uçan ABŞ pilotsuz uçuş aparatına (PUA) radardan yayınmaq üçün istifadə edilən sursatlar ataraq təcavüz etdiyini və hadisə zamanı PUA-nın zədələndiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç məlumat verib.

Qrinkeviç ABŞ-nin MQ-9 hərbi PUA-nın Suriya səmasında uçarkən Rusiyanın Su-35 qırıcısının birbaşa hücumuna məruz qaldığını, daha sonra Rusiya təyyarəsinin radarları və xüsusən də radarla idarə olunan raketləri aldatmaq üçün istifadə edilən sursatlar atdığını bildirib.

Raketin vurulması nəticəsində MQ-9-un zədələndiyini bildirən Qrinkeviç qeyd edib: "Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, əsassız və peşəkar olmayan hərəkətlərə ən qısa zamanda son qoymağa çağırırıq".

Əlaqəli Xəbərlər