Menyu

Yunanıstanda yanğınsöndürən təyyarənin qəzaya uğrayıb, 2 nəfər ölüb

Yunanıstanda yanğınsöndürən təyyarənin qəzaya uğrayıb, 2 nəfər ölüb

Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr uzaqlıqda yerləşən Eğriboz vilayətinin Platanistos bölgəsində yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstan Hərbi Hava Qüvvələri Komandanlığından məlumat verilib. 

Məlumata görə, yanğınla havadan mübarizə zamanı CL-215 tipli təyyarənin bu gün saat 14:52-də Platanistos bölgəsində qəzaya uğradığı bildirilib.

Qəzada 34 yaşlı pilot Hristos Mulas və 27 yaşlı ikinci pilot Periklis Stefanidisin həlak olduğu qeyd edilib.

Qəza ilə əlaqədar Yunanıstanın müdafiə naziri Nikos Dendiasın qərarı ilə Yunanıstan Silahlı Qüvvələrində iyulun 27-dək üç günlük matəm elan edilib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis də sabah Kipr Rum Administrasiyasına səfərini təxirə salıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər