Mardinin Nusaybin rayon mərkəzindəki evdə gizlənən terrorçu zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, əməliyyatı Türkiyə Daxili İşlər Nazirliyi həyata keçirib.
Əməliyyat Yenituran və Səlahəddin Əyyubi məhəllələrini əhatə edən Sakarya küçəsində həyata keçirilib.
Təhlükəsizlik qrupları 1 terrorçunun gizləndiyi xəbərinin ardından hərəkətə keçib. Həmin ünvana baxış zamanı terrormu polisin “təslim ol” çağırışına atəşlə cavab verib.