Menyu

Pakistanda məsciddə partlayış nəticəsində 1 polis ölüb

Pakistanda məsciddə partlayış nəticəsində 1 polis ölüb

Pakistanın Hayber Paxtunxva əyalətində məscidə "intihar hücumu" nəticəsində bir polis həyatını itirib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb. 

Məlumata görə, Hayber bölgəsində bir nəfər polisləri görən zaman məsciddə gizlənməyə cəhd edib. Bu, polislərin diqqətini çəkib. Polis məsciddə axtarış apararkən, şübhəli şəxs üzərindəki bombanı işə salıb.

İlkin məlumata görə, hücumda 1 polis həyatını itirib.

Partlayışdan sonra dağılan məscidin qalıqları arasında sağ qalanların olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, partlayış zamanı məscid boş olub.

Teqlər:

"Pakistanda məsciddə partlayış nəticəsində 1 polis ölüb"

Əlaqəli Xəbərlər