http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ərdoğan: "Müqəddəs yerlərin tarixi status-kvosuna qarşı hərəkətləri qəbul edə bilmərik"

25 İyul 2023 , 23:23
Ərdoğan: "Müqəddəs yerlərin tarixi status-kvosuna qarşı hərəkətləri qəbul edə bilmərik"

"Türkiyə olaraq Fələstin davasına ən güclü şəkildə dəstəyimizi davam etdiririk və davam etdirəcəyik. Müqəddəs yerlərin tarixi status-kvosunu dəyişdirməyə yönəlmiş hərəkətləri qəbul edə bilmərik. Fələstinlilərin birliyi bu prosesin əsas elementlərindən biridir".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin dövlət başçısı Mahmud Abbas ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

Çıxışına Fələstin prezidenti Abbası Ankarada qəbul etməkdən xoşbəxt olduğunu ifadə edərək başlayan Ərdoğan, Abbas və heyətinin Türkiyəyə səfərindən məmnun olduğunu deməklə başlayıb.

Abbasın Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər etdiyini xatırladan Ərdoğan bildirib: "O vaxtdan bəri onunla müxtəlif vəsilələrlə sıx əlaqə saxladıq. Ölkəmizdə keçirilən son seçki prosesində Fələstin xalqının bütün təbəqələrinin dəstəyini və dualarını bizimlə hiss etdik. Mayın 28-nə keçən gecə Ankarada, İstanbulda, Rahmanda ölkəmizin hər yerində coşğuya şahid olduq. Sevimli qardaşımın simasında Fələstin xalqına paylaşdıqları sevincə görə təşəkkür edirəm. Ümid edirəm ki, yüz milyonlarla bacı-qardaşımızın etimadını puç etməyəcəyik”.

"Regionda ədalətli və davamlı sülhün yeganə yolu iki dövlətli həll vizyonunu müdafiə etməkdir. Başda Məscidül-Əqsa olmaqla müqəddəs yerlərin tarixi status-kvosunu dəyişməyə yönəlmiş hərəkətləri qəbul etməyimiz mümkün deyil. Fələstinli qardaşlarımız arasında birlik və barışıq bu prosesin əsas elementlərindən biridir. Bu sahədə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha əziz qardaşımla bölüşdüm", - Ərdoğan bildirib.

OXŞAR XƏBƏRLƏR
ABŞ-də atışma olub

ABŞ-də atışma olub

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
Menyu