İyulun 25-də saat 22:37-də Ermənistanın Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzinə İrəvandakı Nubaraşen poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub.
"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə Ermənistan DİN-in İrəvan şəhər xilasetmə bölməsinin yanğın-xilasetmə dəstələrindən 4 döyüş hissəsi və RPŞ-nin növbətçi dəstəsi cəlb olunub.
İlkin məlumatlara görə, 5000 kvadratmetr sahədə yığılmış tullantı yanıb.