Menyu

Malayziyada itkin düşən kişinin cəsədi timsahın mədəsində tapılıb

Redaksiya
Malayziyada itkin düşən kişinin cəsədi timsahın mədəsində tapılıb

Malayziyada itkin düşən kişinin cəsədi timsahın mədəsində tapılıb.

"Operativ Media" "Mirror"a istinadən xəbər verir ki, qalıqların DNT analizi onların axtarışda olan şəxsə aid olduğunu göstərib.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, qurban Adi Banqsadır, onun 60 yaşı olub. Kişinin yaxınları onun itməsi ilə bağlı polisə məlumat veriblər, bundan sonra axtarışlara başlanılıb. Araşdırma zamanı adamın timsahın qurbanı ola biləcəyinə dair məlumatlar ortaya çıxıb və bu, tutulan sürünənlə təsdiqlənib.

Yanğınsöndürmə məntəqəsinin rəisi bildirib ki, timsahın qarnının açılması zamanı həlak olanın ailə üzvləri də orada olub. Yırtıcının qarnında insan qalıqları tapılıb və aparılan müayinə onların Banqsa aid olduğunu təsdiqləyib.

Polis əlavə edib ki, hücum edən timsahın çəkisi təxminən 800 kiloqram, uzunluğu isə dörd metrdən çox olub. Hadisəyə münasibət bildirən yerli hakimiyyət yırtıcıların insanlara hücum etməsi hallarını əhaliyə xatırladıb və sakinlərdən diqqətli olmağı xahiş edib.

Teqlər:

"Malayziyada itkin düşən kişinin cəsədi timsahın mədəsində tapılıb"

Əlaqəli Xəbərlər