Menyu

Dünya isti və daşqınla mübarizə aparır

Gozel Həşimova
Dünya isti və daşqınla mübarizə aparır

Dünyanın bir tərəfində həddindən artıq istilər, digər tərəfində isə tufanlar və daşqınlar hökm sürür.

Bu barədə "Operativ Media" dünya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, İtaliyanın cənubunda meşə yanğınları, şimalında isə fırtınalar müşahidə edilir. Belə ki, Kalabriya bölgəsi və Siciliya adasında meşələr yanır. Siciliyada irili-xırdalı 86 aktiv yanğınla mübarizə aparılır. Yanğınlar nəticəsində 4 nəfər həlak olub. Bir çox magistral yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb. Ölkənin şimalında isə tufanlar baş verir.

Pakistanda musson yağışları daşqınlara səbəb olub. Kəraçi şəhərində küçələri su basıb və onlarla avtomobil su altında qalıb. Hindistanın Noida şəhərində leysan yağışlar səbəbilə çayda suyun səviyyəsi qalxıb. Evlər və avtomobillər suyun altında qalıb.

Həddindən artıq istilər Afrika qitəsində də təsirlidir. Əlcəzairdə meşə yanğınları söndürülsə də, yanğınlarda ölənlərin sayı 34-ə yüksəlib.

 

Gözəl Həşimova

Teqlər:

"Dünya isti daşqınla mübarizə aparır"

Əlaqəli Xəbərlər