Menyu

Son 10 ildə dünyada 82 milyon hektar meşə yanıb

Gozel Həşimova
Son 10 ildə dünyada 82 milyon hektar meşə yanıb

Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanğınlar nəticəsində məhv olub.

"Operativ Media" xəbər verir ki, bu barədə yanğınlarla bağlı məlumatları toplayan “Qlobal Meşə Nəzarəti” adlı internet saytının məlumatında deyilir.

Məlumata görə, ən böyük fəlakətlər Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Son 10 ildə ən böyük meşə yanğını isə 2016-cı ildə qeydə alınıb. Belə ki, həmin dövrdə 9,63 milyon hektar ərazi yanıb.

Dünyada ən böyük meşə yanğını Avstraliyada baş verib. Ölkədə 2019-cu ilin sentyabr ayında başlayan və təxminən 6 aya yaxın davam edən irimiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib.

“The Guardian”ın xəbərinə görə, Rusiyada son 10 ilin ən böyük meşə yanğınları 2021-ci ildə 18,16 milyon hektardan çox meşə sahəsini məhv edən yanğınlar olub.

 

Gözəl Həşimova

Teqlər:

"Son 10 ildə dünyada 82 milyon hektar meşə yanıb"

Əlaqəli Xəbərlər