http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin Naxçıvan nümayəndəliklərinin açılışı baş tutdu!

26 İyul 2023 , 16:20
PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin Naxçıvan nümayəndəliklərinin açılışı baş tutdu!

25 iyul 2023-cü il tarixində Naxçıvan şəhərində məskunlaşan əhaliyə peşəkar sığorta xidmətlərinin göstərilməsi məqsədilə ölkənin lider həyat və qeyri-həyat sığorta şirkətləri olan “PAŞA Həyat Sığorta” ASC və “PAŞA Sığorta” ASC-nin rəsmi nümayəndəliklərinin açılışı baş tutub.

"Operativ Media" xəbər verir ki, daim müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran hər iki şirkətin təntənəli açılış mərasimində PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin İdarə Heyəti sədrləri Niyaz İsmayılov və Ülviyyə Cabbarova, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan MR İqtisadiyyat naziri Tapdıq Əliyev, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Asip Kaya, AR Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev, Naxçıvan Dövlət Universitetinin Rektoru Dosent Elbrus İsayev, həmçinin digər dövlət nümayəndələri, sahibkarlar və sözügedən şirkətlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə “PAŞA Sığorta” ASC İdarə Heyətinin sədri Ülviyyə Cabbarova: “Çox şadam ki, PAŞA Sığorta olaraq artıq Naxçıvan əhalisinə peşəkar xidmətlərimizi təqdim edəcəyik. Qeyd edim ki, bu regionda fəaliyyət göstərmək bizim uzun zamandır var olan istəklərimizdən biri idi. Naxçıvan ofisimizin açılışı ilə birgə biz şirkətimizin regional inkişafı istiqamətində vacib bir addım atmış olduq. Qısa zamanda xidmət  sahəmizi genişləndirərək işğal altından azad olmuş torpaqlarımızda da ofisimizin açılışını reallaşdırmaq planlarımız arasındadır. Azərbaycanın bütün iqtisadi rayonlarında əhaliyə keyfiyyətli sığorta xidməti təqdim etmək bizim qarşımıza qoyduğumuz əsas hədəflərimizdəndir. İnanıram ki, yeni nümayəndəliklərimizin açılışı inkişaf strategiyamızın həyata keçirilməsi ilə yanaşı, sığorta sektorunun regional böyüməsində də əhəmiyyətli rol oynayacaq.”- deyə çıxışında vurğulayıb.

“PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov öz çıxışında: “Bizim üçün qürurvericidir ki, artıq Naxçıvan şəhərində fəaliyyətə başlayırıq. Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan PAŞA Həyat 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyasını tətbiq edir, belə ki, həyat sığortası sahəsində məhsullarımızı təqdim edərək əhaliyə rahat və keyfiyyətli xidmət göstərməyə tam gücümüzlə çalışacağıq. PAŞA Həyat biznes fəaliyyətindən başqa korporativ sosial məsuliyyət layihələrinə də önəm verir və bu çərçivədə biznes maarifləndirmə, təhsilə dəstək və digər sosial fəaliyyətlərimiz ilə faydalı olacağıq.” - deyə bildirib.

Qeyd edək ki, PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin birgə yeni nümayəndəliyi Naxçıvan şəhəri, Mirzə Ələkbər Sabir küçəsi bina 1D ünvanında yerləşir. Hazırda nümayəndəlikdə ümumi olaraq 5 əməkdaş çalışır.

Tədbirdən sonra hər iki şirkətin nümayəndələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu