Menyu

Prezidentə sadiq olan Niger xüsusi təyinatlıları televiziya və radio binalarının ətrafında mövqe tutublar (YENİLƏNİB)

Prezidentə sadiq olan Niger xüsusi təyinatlıları televiziya və radio binalarının ətrafında mövqe tutublar (YENİLƏNİB)

Niger prezidenti Mohamed Bazuma sadiq qalan Niger xüsusi əməliyyat qüvvələri paytaxt Niamey şəhərində milli televiziya və radio binalarının ətrafında mövqelər tutublar.

"Operativ Media"-nın "Əl-Cəzirə"yə istinadən xəbərinə görə, əlavə xüsusi əməliyyat bölmələri qərbdən Niameyə gəlməyə başlayıb.

Bundan əvvəl Prezident Administrasiyası ordu hissələrinin prezident qvardiyasının başlatdığı üsyana dəstək verməkdən imtina etdiyini açıqlamışdı. Administrasiyanın məlumatına görə, silahlı qüvvələr üsyançılar öz kazarmalarına qayıtmaqdan imtina edərlərsə, onlara qarşı hərəkətə keçməyə hazırdırlar.

"Ordu üsyançılara ultimatum təqdim edib", - AFP administrasiya rəsmisindən sitat gətirir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident Qvardiyasının bir qrup hərbçisi Niameydəki prezident sarayının qarşısını kəsərək, prezidenti və ailəsini girov götürüb. Üsyançılar daxili işlər nazirini də saxlayıblar.

*** 17:09

Niger prezident Məhəmməd Bazumun ​​dövlət çevrilişinə cəhd etdiyi iddia edilən Mühafizə Alayının ünsürləri tərəfindən saxlanıldığı bildirilib.

Bu barədə "Operativ Media" dünya mediasına istinadən xəbər verir.

"Bu gün səhər saatlarında Prezident Qvardiyası Alayının ünsürləri anti-respublika təşəbbüsü ilə çıxış edərək, dövlət çevrilişinə cəhd ediblər", - məlumatda deyilir.

Təşəbbüsün arxasında 10 ilə yaxın Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin dayandığı bildirilir. İddia olunur ki, Bazum bir müddət əvvəl onu vəzifəsindən azad etmək istəyib.

Əlavə edək ki, 1960-cı ildən bəri ölkədə ​​4 dəfə çevriliş olub. 

 

Gözəl Həşimova

Teqlər:

"Prezidentə sadiq olan Niger xüsusi təyinatlıları televiziya radio binalarının ətrafında mövqe tutublar (YENİLƏNİB)"

Əlaqəli Xəbərlər