Menyu

Türkiyə Daxili İşlər Nazirliyi 119 terrorçunu zərərsizləşdirib

Türkiyə Daxili İşlər Nazirliyi 119 terrorçunu zərərsizləşdirib

Türkiyə Daxili İşlər Nazirliyi son 2 ayda separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 119 terrorçunun zərərsizləşdirildiyini, 740 şübhəlidən 182-nin nəzarətə alındığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə daxili İşlər naziri Ali Yerlikaya "A Haber"də canlı yayımda bildirib.

"Terrorla mübarizədə biz haradayıq?", - sualına, Yerlikaya cavab olaraq bildirib ki, Daxili İşlər Nazirliyi illərdir separatçı terror təşkilatı, FETÖ, ifrat solçu və dindən sui-istifadə edən bütün terror təşkilatlarına qarşı mübarizə aparır.

Terrorla mübarizədə istifadə edilən texnoloji avadanlıqların ən yüksək səviyyədə olduğuna diqqət çəkən Yerlikaya qeyd edib: "33 ildir bu peşədəyəm. Nazir olana qədər 16 il 5 vilayətin rəhbəri olmuşam. Mənim ilk rəhbər postum Şırnak idi. Oradan Ağrıya getdim. Qürurla demək istərdim ki, terror mövcud texnikamız, sayımız, psixoloji üstünlüyümüz, fasiləsiz və uğurlu əməliyyatlarımız sayəsində sona çatdı".

"Vəzifəliyə gəldiyimdən 2 ay keçdi. Separatçı terror təşkilatına qarşı 478 şəhər əməliyyatı həyata keçirdik. Bu əməliyyatlarda 740 nəfər nəzarətə alındı. Bunlardan 182-si həbs edilib. Eyni dövrdə quruda keçirilən 10-u iri, 83-ü isə orta olmaqla, 24107 əməliyyatda 119 terrorçu zərərsizləşdirilib", - nazir deyib.

Teqlər:

"Türkiyə Daxili İşlər Nazirliyi 119 terrorçunu zərərsizləşdirib"

Əlaqəli Xəbərlər