Menyu

Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyanda rəsmi mərasimlə qarşılanıb

Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyanda rəsmi mərasimlə qarşılanıb

Şimali Koreyanın paytaxtı Pxenyana rəsmi səfərə gedən Rusiya müdafiə naziri Sergey Şoyqu hava limanında rəsmi mərasimlə qarşılanıb. 

"Operativ Media" xəbər verir ki, Şoyqu Şimali Koreya Azadlıq abidəsini ziyarət edib və gül dəstələri qoyub.

Bildirək ki, Azadlıq abidəsi Şimali Koreyanın paytaxtında 1945-ci ildə Koreyanın azad edilməsi zamanı şəhid olan sovet əsgərlərinə Koreya xalqının minnətdarlığının əlaməti olaraq 1946-cı il avqustun 15-də ucaldılıb.

Digər tərəfdən Şimali Koreya səfərində Rusiya nümayəndə heyətinə Çindən də bir nümayəndə heyətinin qatılacağı gözlənilir.

Səfərdə müzakirə ediləcək məsələlər barədə əlavə məlumat verilməyib.

Teqlər:

"Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyanda rəsmi mərasimlə qarşılanıb"

Əlaqəli Xəbərlər