Tunisdə 48 saat ərzində 16 meşədə yanğın olub
Tunisin müxtəlif əyalətlərində iki gündə 16 meşə yanğını baş verib.
"Operativ Media" xəbər verir ki, Tunis Mülki Müdafiə Administrasiyasının sözçüsü Muaz Teria ölkə daxilində baş verən meşə yanğınları ilə bağlı yerli mətbuata açıqlama verib.
Teria bildirib ki, son 48 saatda Binzert, Cenduba, Silyana, Beca, Nabel, Kayravan, Kasrin və Gabes əyalətlərində meşə sahələrində 16 fərqli yanğın baş verib.
O, bu yanğınların çoxunun söndürüldüyünü və ya nəzarət altına alındığını bildirib: “Cenduba, Silyana və Binzertdəki yanğınlar istisna olmaqla, digər yanğınlar nəzarət altına alınıb. Komandalar yanğınların davam etdiyi ərazilərdə işlərini davam etdirirlər”.
Qeyd edilib ki, şiddətli külək yanğınsöndürmə işlərində çətinlik yaradır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net