http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Rusiya müdafiə naziri Pxenyanda Şimali Koreyalı həmkarı ilə danışıqlar aparıb

26 İyul 2023 , 21:06
Rusiya müdafiə naziri Pxenyanda Şimali Koreyalı həmkarı ilə danışıqlar aparıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda Şimali Koreyalı həmkarı Kan Sun Nam ilə danışıqlar aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Sizinlə tanış olmağıma və sizinlə görüşməyimə şadam. Dost dövlətin paytaxtı Pxenyana səfər etmək dəvətinizi məmnuniyyətlə qəbul etdim. Təklif etdiyiniz zəngin proqrama görə koreyalı dostlarıma minnətdaram. İlk dəqiqədən, sizin qayğı və diqqətinizi hiss etdim. Ümid edirəm ki, biz nəinki aktiv işləməyə, həm də Şimali Koreya, mədəniyyətiniz və adət-ənənələriniz haqqında çoxlu maraqlı şeylər öyrənməyə, gəzməli yerləri görməyə nail olacağıq”, - Şoyqu həmkarına deyib.

Rusiyanın müdafiə naziri qeyd edib ki, onun Şimali Koreyaya səfəri 1950-1953-cü illər Qurtuluş Müharibəsində Koreya xalqının qələbəsinin 70-ci ildönümü münasibətilə keçirilən bayram tədbirləri zamanı baş tutur.

Şoyqu Rusiya və Şimali Koreya arasında bütün sahələrdə ikitərəfli münasibətləri ardıcıl olaraq inkişaf etdirmək niyyətində olduğunu bildirib: “Əminəm ki, bugünkü danışıqlar müdafiə nazirliklərimiz arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”.

Rusiya müdafiə naziri, həmçinin müharibədən sonrakı dövrdə iki ölkə arasında qarşılıqlı əlaqələrin artdığını vurğulayıb: “Hərbi gəmilərin səfərləri, yüksək rütbəli müdafiə rəsmilərinin səfərləri, işçi səviyyəli nümayəndə heyətlərinin mübadiləsi və kadr hazırlığı Koreya yarımadasında sülhün və sabitliyin qorunmasına töhfə verib”.

O, Şimali Koreyanı Rusiyanın mühüm tərəfdaşı olduğunu da vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb

İranda kömür mədənində partlayış olub - YENİLƏNİB

İranda kömür mədənində partlayış olub - YENİLƏNİB

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Menyu