http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

NATO-Ukrayna Şurası Qara dəniz taxıl müqaviləsi ilə bağlı iclas keçirib

26 İyul 2023 , 21:20
NATO-Ukrayna Şurası Qara dəniz taxıl müqaviləsi ilə bağlı iclas keçirib

NATO-Ukrayna Şurası iyulun 11-12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında səfirlər səviyyəsində Vilnüs Sammitində təsis edildikdən sonra ikinci iclasını keçirib. İclasda Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov və Ukrayna hərbi rəsmiləri də iştirak edib.

"Operativ Media" xəbər verir ki, görüş NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Volodimir Zelenski arasındakı məsləhətləşmələrdən sonra keçirilib. 

İclasa NATO baş katibinin müavini Mirça Coana sədrlik edib.

NATO iclasdan sonra verdiyi açıqlamada Rusiyanın müqavilədən çıxma qərarı və Ukraynanın taxıl ixracını dayandırmaq cəhdlərinin, Ukraynadakı liman şəhərlərinə və taxıl anbarlarına hücumlarının müttəfiqlər və Ukrayna tərəfindən pisləndiyini bildirib.

Bolqarıstanın Qara dənizdəki xüsusi iqtisadi zonasında Rusiya tərəfindən gərginliyin artması riski yarandığını ifadə edən Yens Stoltenberq deyib:

"Rusiya Qara dənizdə təhlükəli və gərgin hərəkətlərə görə tam məsuliyyət daşıyır. Rusiya aclıqdan silah kimi istifadə etməyi dayandırmalı və dünyanın həssas bölgələrini ərzaq ilə hədələməməlidir. Rusiyanın hərəkətləri həm də NATO üçün strateji əhəmiyyətli Qara dəniz regionunda sabitliyə ciddi təhlükə yaradır. Ukraynaya dəstəyimizi artırmaqdayıq. Biz Alyansın hər qarış ərazisini istənilən hücumdan müdafiə etməyə hazırıq".

“Müttəfiqlər Türkiyənin taxıl sazişini canlandırmaq üzrə davamlı səylərini, həmçinin Bolqarıstan və Rumıniya da daxil olmaqla digər müttəfiqlərin, Aİ və BMT-nin Ukrayna taxılını quru və dəniz yolu ilə ixrac etmək səylərini alqışlayırlar”, - deyə bəyanatda əlavə edilib.

OXŞAR XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb

İranda kömür mədənində partlayış olub - YENİLƏNİB

İranda kömür mədənində partlayış olub - YENİLƏNİB

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Menyu