Menyu

Aİ İsrailin məhkəmə islahatlarını “narahatlıqla” izlədiyini açıqlayıb

Aİ İsrailin məhkəmə islahatlarını “narahatlıqla” izlədiyini açıqlayıb

Avropa İttifaqının (Aİ) İsraildə məhkəmə islahatlarını narahatlıqla izlədiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Ofisinin Ali nümayəndəsi Cozep Borrelin ofisindən məlumat verilib.

Bəyanatda Aİ-İsrail əlaqələrinin güc bölgüsü və qanunun aliliyi kimi dəyərlərə söykəndiyi, məhkəmə islahatlarının israillilər tərəfindən həyata keçiriləcəyi və nəticədən asılı olmayaraq yaşananların Aİ ilə İsrail arasındakı təməl dəyərlərə zərər verməməsi lazım olduğu qeyd edilib. 

AI İsrail hökumətini məhkəmə islahatları mövzusunda geniş konsensus axtarmağa davam etməyə və inklüziv prosesi hədəfləməyə çağırıb.

“Davam edən etirazlar və nümayişlər göstərir ki, İsrail əhalisinin əhəmiyyətli bir hissəsi islahatlardan narahatdır və İsrail canlı demokratiyadır”, - bəyanatda bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər