Nyu-Yorkda aşan kran 6 nəfərin yaralanmasına səbəb olub
Nyu-Yorkun mərkəzi məşhur Manhetten küçəsində tikinti kranı alovlanıb.
"Operativ Media" xəbər verir ki, nəticədə kran aşıb və zərbədən yaxınlıqdakı göydələnə ziyan dəyib. Alovlanan qurğu daha sonra küçənin ortasına düşüb. Hadisə nəticəsində 2 yanğınsöndürən və 4 nyuyorker xəsarət alıb. Ehtiyat tədbiri kimi yaxınlıqdakı binaların sakinləri təxliyə edilib. Ərazi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Teqlər:
"Nyu-Yorkda aşan kran 6 nəfərin yaralanmasına səbəb olub"