Menyu

Moskvada xıx əsrdən sonra ən güclü leysan qeydə alınıb

Moskvada xıx əsrdən sonra ən güclü leysan qeydə alınıb

Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, meteoroloqlar bir neçə saat ərzində Rusiya paytaxtına 46 millimetrə qədər yağıntının düşdüyünü açıqlayıblar. Qeyd edək ki, əvvəlki rekord (42,5 millimetr) 1894-cü ilin iyulunda qeydə alınıb. Leysan şəhərdə subasmalara səbəb olub. Yollarda avtomobillərin hərəkətinə çətinlik yaranıb. Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü yağışlar davam edəcək.

Teqlər:

"Moskvada xıx əsrdən sonra ən güclü leysan qeydə alınıb"

Əlaqəli Xəbərlər