Makron “Fransanın yeni Kaledoniya üzərindəki ağalığı”nı bir daha təsdiq edib
Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edib.
"Operativ Media" xəbər verir ki, səfər zamanı o cənubi Sakit Okean adası Yeni Kaledoniyanın Fransaya tabe olduğunu vurğulayıb. Ənənvi qəbilə mərasimi ilə qarşılanan Emmanuel Makron Fransa xaricindəki ərazilərdə dövlətin nüfuzunu bir daha təsdiqlədiyini bildirib. “Fransanın Yeni Kaledoniya üzərində hegemoniyasını təsdiq edirik. “həmvətənlərimi" birlikdə ümumi gələcək qurmağa çağırıram.” – deyə Makron qeyd edib. Bununla da Fransa lideri müstəmləkəçilik ənənələrini davam etdirdiyini bir daha sübut edib. Qeyd edək ki, Makronun Yeni Kaledoniyaya səfəri adada Fransaya qarşı baş verən narazılıqların ildönümünə təsadüf edib. Xatırladaq ki, Kanaks qəbiləsi Fransanın tərkibində qalmaq üçün üçüncü referendumu boykot, onun nəticəsini isə rədd etmişdi.
Teqlər:
"Makron “Fransanın yeni Kaledoniya üzərindəki ağalığı”nı bir daha təsdiq edib"