İranda sosial problemlər xalqın narazılığını artırır
İranın Mərvdəşt şəhərində əkinçilər əsas yolu bağlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat verib. Əkinçilərin etirazına səbəb pomidorun qiymətinin aşağı olmasıdır. Aksiyaçıların yolu bağlaması uzun tıxacın yaranması ilə nəticələnib. Kermanda da tıxac yaranıb. Buna etirazçılar yox, benzin qıtlığı səbəb olub. Sürücülərin yanacaqdoldurma məntəqələrinə axın etməsi ilə acınacaqlı mənzərə yaranıb. Onlar saatlarla tıxacda gözləməli olsalar da bəzi halda ümumiyyətlə yanacaq əldə edə bilməyiblər. Məşhəddə isə çörəyin qiyməti bir gecənin içində 40 faiz artıb. Qəfil qiymət artımı əhalinin narazılığına səbəb olub.
Teqlər:
"İranda sosial problemlər xalqın narazılığını artırır"