Menyu

Rusiya Odessa şəhərinə raket atıb

Gozel Həşimova
Rusiya Odessa şəhərinə raket atıb

Rusiya hərbçilərinin Ukraynanın Odessa şəhərindəki dəniz limanının infrastrukturunu raket atəşinə tutması nəticəsində bir mülki şəxs həlak olub.

“Operativ Media” "UNIAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub Dairəsinin Birləşmiş Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata görə, Rusiya Qara dənizdəki sualtı qayığından limana aşağı səviyyədə “Kalibr” raketi buraxıb. Raket limandakı inzibati binalardan birinə düşüb, nəticədə bir əməkdaş ölüb, yük terminallarından birində avadanlıq zədələnib.

Bildirilib ki, iyulun 27-nə keçən gecə raket təhlükəsi və PUA-lardan istifadə təhlükəsi ilə əlaqədar Ukraynanın cənub vilayətlərində hava həyəcanı elan edilib.

 

Gözəl Həşimova

Teqlər:

"Rusiya Odessa şəhərinə raket atıb"

Əlaqəli Xəbərlər