Menyu

Filippin Çin ilə birgə hərbi təlimi nəzərdən keçirir

Filippin Çin ilə birgə hərbi təlimi nəzərdən keçirir

Filippin Çinin birgə hərbi təlim təklifinin qiymətləndirildiyini, Tayvanın hərbi əməkdaşlıq təklifinin isə rədd edildiyini bildirib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Filippin ordusunun komandanı general Romeo Brauner Pekindən gələn təkliflə bağlı açıqlama verib.

Brauner bildirib ki, birgə hərbi təlim planı Çin səfiri Huanq Çili tərəfindən təklif edilib. O, qeyd edib ki, onlar Filippin prezidenti Ferdinand Romualdez Markos Jr-ın "hamı ilə dost, heç kimlə düşmən" strategiyası çərçivəsində hərəkət edirlər.

Səfir Huanq bildirib ki, Çin prezidenti Si Tsinpin və Markos “dəniz məsələlərinin dostluq məsləhətləşmələri yolu ilə həlli məsələsində” razılığa gəliblər.

Teqlər:

"Filippin Çin ilə birgə hərbi təlimi nəzərdən keçirir"

Əlaqəli Xəbərlər