ABŞ Yeni Zelandiyanı AUKUS-a qoşulmağa dəvət edib
ABŞ dövlət katibi Antoni Blinken Yeni Zelandiyanın AUKUS müqaviləsinə daxil edilməsi üçün qapıların həmişə açıq olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, Yeni Zelandiyada rəsmi səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken parlament binasında baş nazir Kris Hipkins və dövlət katibi Nanaia Mahuta ilə görüşüb.
Blinken açıqlamasında AUKUS müqaviləsinə işarə edərək deyib: "AUKUS-u daha da inkişaf etdirməkdən məmnunuq. Qapımız Yeni Zelandiya və digər tərəfdaşların cəlb olunması üçün açıqdır".
Yeni Zelandiya xarici işlər naziri Mahuta ölkəsinin "nüvə silahından uzaq dayanmaq" mövqeyinin dəyişmədiyini, lakin razılaşmanın ikinci mərhələsində fürsətlərdən istifadə edə biləcəklərini qeyd edib.
ABŞ dövlət katibi Blinkenin səfərinin növbəti dayanacağı Avstraliya olacaq. Blinkeni ABŞ-nin müdafiə naziri Lloyd Ostin müşayiət edəcək.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Avstraliya ABŞ və Böyük Britaniya ilə nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS Sazişini imzalayıb. Bu çərçivədə Cənubi Avstraliya əyalətinin paytaxtı Adelaidedəki gəmiqayırma zavodlarında ən azı 8 nüvə enerjili sualtı qayığın tikilməsi nəzərdə tutulub.