Menyu

Pentaqon "UFO" iddialarını rədd edib

Pentaqon "UFO" iddialarını rədd edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Devid Qruşun, “Hökumət naməlum uçan obyekt (UFO) haqqında məlumatı gizlədir”, - iddialarını təkzib edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Sue Gough bildirib. 

O, Qruşun iddialarını araşdıran müstəntiqlər tərəfindən irəli sürülən heç bir tutarlı fakta rast gəlmədiklərini qeyd edib. 

Qeyd edək ki, daha əvvəl Qruş, "Rəsmi vəzifələrim zamanı mənə UFO qəzaları və əks mühəndislik proqramı haqqında məlumat verildi", - deyə ABŞ Konqresində ifadə vermişdi.

Qruşla ifadə verən ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu Rayan Qreyvs UFO-ların "şəffaf kürə içərisində qaranlıq kublara bənzədiyini", üçüncü şahid, keçmiş Hərbi Dəniz Qüvvələri komandiri David Fravor isə "yuxarıda üzən oval formalı bir obyekt gördüyünü" iddia etmişdi.

Teqlər:

"Pentaqon \"UFO\" iddialarını rədd edib"

Əlaqəli Xəbərlər