Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya Rusiya prezidentinə aid helikopterlərdən birini hədiyyə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zimbabve İnformasiya Nazirliyi "Twitter" hesabından bildirib.
Məlumata görə, Rusiya prezidenti Putin Rusiya-Afrika Sammiti zamanı prezident helikopterlərindən birini Mnanqaqvaya hədiyyə edib.
Tezliklə Zimbabveyə göndəriləcək helikopterə baxış keçirən Mnanqaqva hər iki ölkənin Qərb sanksiyalarına məruz qaldıqları üçün əməkdaşlıq etməli olduqlarını bildirib.
Qeyd edək ki, Zimbabve müstəqillik mübarizəsindən bəri Rusiya ilə sıx əlaqələrə malikdir.
Afrikadan bir çox rəsmilərin iştirak etdiyi və bu gün St. Sankt-Peterburqda başlayan Rusiya-Afrika Sammiti sabah başa çatacaq.