Menyu

Rusiya bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərəcək

Rusiya bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərəcək

Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı ixracına tətbiq etdiyi sanksiyalara görə Qərb ölkələrini ikiüzlülükdə günahlandıraraq, yaxın 3-4 ayda Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreya pulsuz şəkildə 25-50 min ton taxıl tədarük ediləcəyini bildirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində çıxış edərkən deyib.

Putin Rusiyanın dünyaya taxıl və gübrə ixracının Qərb ölkələri tərəfindən çətinləşdirildiyinə diqqət çəkib: “Digər tərəfdən qlobal ərzaq bazarındakı böhranda ikiüzlülüklə bizi günahlandırırlar. Bu, taxıl müqaviləsinin icrasında özünü büruzə verdi”.

Müqavilə çərçivəsində Ukraynadan 32,8 milyon ton taxıl ixrac edildiyini bildirən Putin, “Bunun 70 faizindən çoxu, Avropa Birliyi daxil olmaqla, yüksək və ya orta yüksək gəlirli ölkələrə gedib. Efiopiya, Sudan, Somali və digər ölkələrin payı 3 faizdən aşağı olub", - deyə vurğulayıb.

Teqlər:

"Rusiya bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərəcək"

Əlaqəli Xəbərlər