"Baş nazir Benyamin Netanyahunun etirazlara səbəb olan məhkəmə islahatları doğrultusundakı qərarlılığı Mossad və ordunu dağıdıb, eyni zamanda İsrail ikiyə bölünmüş ölkəyə çevrilib”.
"Operativ Media" xəbər verir ki, bu barədə Mossad-ın keçmiş rəhbəri Tamir Pardo deyib.
Netanyahunun siyasəti ilə bağlı Pardo bildirib: "Baş nazir Netanyahu irqçi partiyalarla koalisiya qurdu və onun mövqeyi onlardan çox da fərqlənmir".
"Başqa bir dövlət qəbul etdiyimiz bəzi qanunları qəbul edərsə, biz onlara irqçi və antisemit qanunlar deyərik. İsrail ehtiyatsız bir baş nazirin varlığı ilə ikiyə bölünmüş bir ölkəyə çevrildi. Netanyahu İsrail ordusunu və Mossad-ı dağıtdı", - o bildirib.