Şimali Koreyanın müdafiə naziri Rusiya ordusu və xalqını dəstəklədiklərini bildirib
Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam Pxenyanda Rusiya hərbi nümayəndə heyətini qəbul edərkən Rusiya silahlı qüvvələrinin və xalqının öz ölkələrinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün apardığı mübarizəni dəstəklədiyini bildirib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Müdafiə naziri deyib: “Rusiya ordusu və xalqının ölkənin suverenliyini və təhlükəsizliyini müdafiə etmək üçün ədalətli mübarizəsini dəstəkləyirik. KXDR ordusu “anti-imperialist mübarizənin eyni səngərində" əməkdaşlığı və həmrəyliyi gücləndirməkdə davam edəcək. Hazırkı beynəlxalq hərbi-siyasi vəziyyətin kəskin dəyişməsi iki ölkənin - KXDR və Rusiya Federasiyasının hərbçilərindən ABŞ-nin qlobal hökmranlıq kimi yırtıcı strategiyasına qətiyyətlə qarşı çıxmağı və əməkdaşlığı gücləndirməyi və hökumətin qorunması və dövlət maraqlarının müdafiəsi prinsiplərinə əsaslanan əməkdaşlığı zəruri edir”.
Qəbulda Rusiya hərbi nümayəndə heyətinə müdafiə naziri Sergey Şoyqu rəhbərlik edib. Eyni zamanda, Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora da görüşə dəvət olunub.
Şoyqu bildirib: “Koreya xalqı qüdrətli və firavan vətən qurmaq uğrunda mübarizədə yeni nailiyyətlər əldə edəcək. Rusiya Federasiyasının KXDR ilə hərtərəfli əməkdaşlığı gücləndirmək, iki ölkə xalqlarının maraqlarına tam cavab vermək siyasətini davam etdirəcək”.
Teqlər:
"Şimali Koreyanın müdafiə naziri Rusiya ordusu və xalqını dəstəklədiklərini bildirib"