Suriyada terror aktı törədilib
Suriya paytaxtının cənubunda məsciddə park edilmiş taksi avtomobilində partlayıcı qurğu işə düşüb.
"Operativ Media" xəbər verir ki, avtomobilin partlaması nəticəsində 5-dən çox adam ölüb, daha 46 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da var. Ölənlərin sayının artacağı istisna edilmir. Bu, son iki gündə şiələrin Seyyid-Zeynəb məscidində baş verən ikinci partlayışdır. İyulun 25-də təxminən eyni yerdə naməlum şəxslər tərəfindən motosiklet partladılıb, iki nəfər yaralanıb. Qeyd edək ki, məhərrəmlik ayında Suriyada terror aktlarının törədiləcəyi gözlənilirdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net