İtaliya polisi meşələri qəsdən yandıran şəxsin görüntüsünü paylaşıb.
"Operativ Media" xəbər verir ki, görüntü polis dronu vasitəsilə Kalabriada çəkilib. Meşəyə od vuran naməlum şəxs dronu daşlamağa başlayıb. Daha sonra motosikletinə minərək ərazidən uzaqlaşıb. Polis hazırda həmin şəxsin axtarışlarını davam etdirir. Qeyd edək ki, İtaliyanın Siciliya və Sardiniya adaları da daxil olmaqla, bir çox cənubi Avropa ölkələrində meşə yanğınları tüğyan edir.