Menyu

İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək - Hakan Fidan

İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək - Hakan Fidan

İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qurani-Kərimin yandırılması ilə bağlı görüşü keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.

Ötən həftə isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Teqlər:

"İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək - Hakan Fidan"

Əlaqəli Xəbərlər