Ərdoğan Cənubi Koreya XİN rəhbərini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın xarici işlər naziri Park Cini qəbul edib.
"Operativ Media" xəbər verir ki, Ərdoğan Cini İstanbul TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF - 23) Bağlanış Mərasimindən sonra qəbul edib.
Qəbulda Milli Müdafiə naziri Yaşar Gülər və Prezident Administrasiyasının baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net