Menyu

Şimali Koreya tarixi müqavilənin 70-ci ildönümündə silahlarını nümayiş etdirib

Şimali Koreya tarixi müqavilənin 70-ci ildönümündə silahlarını nümayiş etdirib

Şimali Koreya 1950-1953-cü illərdə Koreya Müharibəsində münaqişəyə son qoyan "Panmuncom Sülh Müqaviləsi"nin 70-ci ildönümü münasibətilə keçirilən hərbi paradda qitələrarası ballistik raketləri (ICBM) və pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, ölkə lideri Kim Çen İnin, həmçinin Çin və Rusiya nümayəndə heyətlərinin iştirak etdiyi mərasimdə Şimali Koreyanın hərbi texnikasını nümayiş etdirmək məqsədilə ballistik raketlər və PUA-lar sərgilənib.

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli təhlükəsizlik əməkdaşlığını inkişaf etdirərkən, Pxenyan da yuxarıda qeyd olunan hərbi mərasimlə Pekin və Moskva ilə həmrəylik nümayiş etdirib.

Şimali Koreya lideri Kim sülh müqaviləsinin 70-ci ildönümü qeyd etmələri çərçivəsində Pxenyana səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə təhlükəsizlik məsələlərini də müzakirə edib.

Teqlər:

"Şimali Koreya tarixi müqavilənin 70-ci ildönümündə silahlarını nümayiş etdirib"

Əlaqəli Xəbərlər