Rusiyanın Samara şəhərində neft emalı zavodunun yerləşdiyi ərazidə partlayış baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinşteyn məlumat yayıb.
Hinşteyn bildirib ki, partlayış neft emalı zavodunun yerləşdiyi ərazidə baş verib.
Hadisə zamanı itkilərlə bağlı əlavə məlumat verilməyib.